Yuxarı

Bütün ailə üzvlərim işsizdir: Pul dərmana çatmır...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bütün ailə üzvlərim işsizdir: Pul dərmana çatmır...

Mənə bir manat belə dəstək verən yoxdur. Bu boyda ad-sanın müqabilində ehtiyac içərisində yaşayıram.

Kult.az xəbər verir ki, bunu Qaynarinfo.az-a açıqlamasında xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib.

Aktyor bütün ailə üzvlərinin işsiz olduğunu bildirib:

"İncik düşdüyüm şeylər var. İllərlə xidmətimin müqabilində xalqın arasından bir adam mənə sahib çıxmadı, heç kəs dəstək olmadı. İstər səhhətim olsun, istərsə də mənzillə bağlı. 5 nəfərlik ailə işsizdir. Özüm də xəstəyəm. Nə yaxşı ki, Prezident təqaüdü alıram, yoxsa vəziyyətim daha da pis olardı. Pul dərmana çatmır. Güman edirdim ki, Azərbaycanın sayılıb-seçilən adamları məni tək qoymaz. Hətta ölmədən mənə heykəl belə qoyarlar. Sən demə, yanılmışam".

Xalq artisti övladlarının işsiz olduğunu da bildirib:

"Hər ikisi işləyirdi, amma sonra işdən çıxardılar. O vaxtdan hər ikisi işsizdir. Bir nəfər belə səsini çıxarıb demədi ki, bu xalq artistinə kömək edəcəm. Amma məni küçədə, məclislərdə, teatrlarda görəndə öpürlər, deyirlər ki, səndən yoxdur, qeyrətlisən, millət, vətən deyib, milli-mənəvi dəyərlərə sahib çıxırsan. Quru bəytərifləridir. Evim başıma uçur, sata da bilmirəm ki, müalicəmə verim. Hamıya sadəcə dövlət sahib çıxmalı deyil ki! Bir nəfərə də imkanlı adamlar dəstək olsun. Şoumen, müğənni olsaydım, tez dəstək verərdilər".

Qeyd edək ki, Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun səhhəti yenidən qəfil pisləşib. Aktyor Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.

Tarix
2026.09.30 / 13:23
Müəllif
Kult.az
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla