Yuxarı

Azərbaycanda vəzifəli şəxs həbs edildi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda vəzifəli şəxs həbs edildi

"Naxçıvan Aqroservis"in sədri həbs edilib.

Axar.az Report-a istinadən xəbər verir ki, Naxçıvanda dövlət əmlakının mənimsənilməsi ilə bağlı şübhəli şəxs qismində saxlanılan "Naxçıvan Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Cavid Ağaməliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Naxçıvan şəhər Məhkəməsinin qərarına əsasən, Cavid Ağaməliyev barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Naxçıvan Aqroservis" ASC-nin sədri Cavid Ağaməliyev dövlət əmlakının mənimsənilməsində ittiham olunur.

Faktla bağlı Naxçıvan Muxtar Respublikası Prokrorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

Cavid Ağaməliyevin saxlanıldığı barədə məlumat ötən gün yayılmışdı.

Tarix
2026.10.22 / 19:44
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla