Yuxarı

Belə hallar yeniyetmələri təhsildən yayındırır - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Belə hallar yeniyetmələri təhsildən yayındırır - Deputat

Hazırda bütün dünyada informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir. Bu inkişafın göstəricilərindən biri də sosial şəbəkələrin mövcudluğudur. Sosial şəbəkələr artıq həyatımızın bir hissəsinə çevrilib. Sosial şəbəkələrin faydası çox olsa da, problemli məqamlar da istisna deyil.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Onun sözlərinə görə, sosial şəbəkələrin həyatın ayrılmaz hissəsi olduğu bir dövrdə, xüsusilə uşaqların ondan nəzarətsiz istifadə etməsinin qarşısı alınmalıdır:

"Yəni internet resursları, müasir texnologiyalar müsbət cəhətləri ilə yanaşı, insanların davranışlarına, düşüncəsinə, xüsusilə, uşaqların sosial-psixoloji inkişafına ziyan vura bilir. İnternet resurslarında etikaya, əxlaqa zidd paylaşımlar, yayımlanan bəzi filmlər, oyunlar uşaq və yeniyetmələrin düşüncəsinə, dünyagörüşünə mənfi təsir edir. Belə hallar yeniyetmələri təhsildən yayındırır, onları başqa zərərli vərdişlərə aludə edir. Hətta bəzi hallarda onların aqressiv davranmalarına və nəticə etibarilə qanunazidd hərəkətlərə yol vermələrinə səbəb olur".

Deputat bildirib ki, mövcud vəziyyəti və beynəlxalq təcrübəni nəzərə alaraq Milli Məclis tərəfindən bu sahədə qanunvericilik təkmilləşdirilib:

"Belə ki, parlamentin ötən sessiyasında “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi qəbul olunub".

“Artıq qanunvericilikdən irəli gələrək müvafiq addımlar atılmaqdadır. Belə ki, məktəblilərin təhlükəsizliyini təmin etmək məqsədilə təhsil müəssisələrində birbaşa texniki məhdudiyyətlər tətbiq olunmağa başlayıb. Məktəblərdə Tiktok platformasına giriş məhdudlaşdırılıb. Bundan əlavə, terrorizm, narkotik vasitələrin təbliği və uşaqların psixologiyasına mənfi təsir göstərən 200-ə yaxın zərərli kontent tərkibli internet səhifəsi və görüntüyə məktəblərdə giriş qadağan edilib. Bu addımlar azyaşlıların kibertəhlükəsizliyini təmin etmək, onları sosial şəbəkələrin mənfi psixoloji təsirlərindən (asılılıq, ünsiyyət problemləri) qorumaq və diqqətlərini təhsilə yönəltmək məqsədi daşıyır. Belə qərarlar təqdirəlayiqdir” – deyə, Samir Vəliyev vurğulayıb.

Tarix
2026.10.22 / 18:08
Müəllif
Axar.az
Digər xəbərlər

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla