Yuxarı

Anası ali təhsilli olan şagirdlərin nəticələri... - Nazir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anası ali təhsilli olan şagirdlərin nəticələri... - Nazir

Qızların təhsili mütləq önə çəkilməlidir.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illiyi və Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin yaradılmasının 125-ci ildönümünə həsr olunmuş yubiley tədbirində bildirib.

“Təhsilli qızlar təhsilli analardır. Anası ali təhsilli olan şagirdlərin nəticələri anası daha az təhsil almış şagirdlərin nəticələrindən yuxarı olur. Bu, qısa müddətdə bir insanın həyatını dəyişmək deyil, daha çox insanın həyatına təsir edən addımdır. Son illər ərzində təhsil sahəsində aparılan qiymətləndirmə layihələrində bütün ölkələrdə 4-cü sinifdə keçirilən tədqiqatlarda qızların nəticələri oğlanların nəticələrindən daha yuxarı olur. Amma 15 yaşlı uşaqların nəticələrinə baxdıqda nəticənin oğlanların xeyrinə dəyişdiyini görürük. Bu müddətdə nə baş verir ki, qızların nəticələri aşağı düşür? Bunun səbəbi qızların sosial həyatında məhdudlaşdırıcı addımlarla müşahidə edilir", - nazir vurğulayıb.

Emin Əmrullayev qeyd edib ki, son illər Azərbaycanda həm oğlanların, həm də qızların təhsilində nəticələr yaxşılaşıb: "Qızların nəticələrində fərq aradan qalxıb. Bundan əlavə, texnoloji ixtisaslara qəbul olunan qızların sayında da artım müşahidə edirik. Bu göstərici gələcəyə işıqla baxmağa imkan verir. Növbəti illərdə oxşar yanaşmalar qorunarsa, ictimai həyatda daha çox rəhbər qadınları görməyi proqnozlaşdırırıq. Əsas məsələ qızların müstəqil böyüməsi, müstəqil qərar qəbul etməsi, kimdənsə asılı olmaması faktorudur. Qadınların və qızların cəmiyyətin bərabərhüquqlu iştitakçılarına çevrilməsi vacib amildir. Problemləri həll etmək üçün ilk növbədə problemlərin mövcud olduğunu qəbul etməliyik”, - nazir vurğulayıb.

Nazir bildirib ki, bu cür tədbirlərdə vurğulanmalı olan məsələ qadınların eyni imkanlara, bərabər haqlara sahib olmasıdır: “Qadınların istər iqtisadiyyatda, istər təhsildə, istərsə də digər sahələrdə iştirakının az olması həmin cəmiyyətin yarımçıq olmasından xəbər verir. Bunun üçün ən effektiv üsul təhsildir. Xüsusilə aşağı yaşlarda baş verən dəyişikliklər yuxarı yaşlardada özünü göstərir. Proses ibtidai təhsildən başlayıb ali təhsilədək davam etməlidir”.

Tarix
2026.10.22 / 17:41
Müəllif
Axar.az
Digər xəbərlər

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla