Yuxarı

Bu nazirlik 10 tələbə qızı himayəsinə götürdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu nazirlik 10 tələbə qızı himayəsinə götürdü

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova dövlət qurumlarını tələbə qızlara dəstək olmağa çağırıb.

Axar.az Report-a istinadla xəbər verir ki, B.Muradova bu barədə "Qızların Təhsilinə Dəstək" layihəsinin 5 illiyi və Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin 125-ci ildönümünə həsr olunmuş yubiley tədbirində danışıb.

O, Ədliyyə Nazirliyinin hüquq ixtisası üzrə təhsil alan 10 qızı birinci kursdan etibarən himayəyə götürərək onların peşəkar hüquqşünas kimi yetişməsinə, lazımi təcrübə qazanmasına dəstək verəcəyini bildirib.

B.Muradova qeyd edib ki, bu əməkdaşlıq tələbələrin hüquq sahəsində biliklərinin möhkəmləndirilməsinə, peşənin tələbləri ilə yaxından tanış olmalarına və gələcək fəaliyyətlərinə hazırlanmalarına mühüm töhfə olacaq:

"Bu nümunədən çıxış edərək, digər dövlət qurumlarını da öz fəaliyyət sahələrinə uyğun dəstək imkanlarını genişləndirməyə, ali təhsil müəssisələrini əməkdaşlıq və peşəkar inkişaf proqramlarını artırmağa, sahibkarları və şirkətləri təcrübə və mentorluq imkanları yaratmağa, uğur qazanmış qadınlarımızı isə bilik və təcrübələrini gənc nəsillə bölüşməyə dəvət edirəm".

Tarix
2026.10.22 / 15:50
Müəllif
Axar.az
Digər xəbərlər

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla