Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...
19:58
| Ana səhifə Gündəm |
|
Azərbaycanın Avstriyadakı səfiri Kamil Xasiyev etimadnaməsini Avstriya Respublikasının Federal Prezidenti Aleksandr Van der Bellenə təqdim edib.
Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın Avstriya və Sloveniyadakı səfirliyinin X sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"Səfir K.Xasiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını cənab Aleksandr Van der Bellenə çatdırıb", - paylaşımda qeyd olunub.
Bildirilib ki, təqdimetmə mərasimi Prezident iqamətgahının yerləşdiyi Hofburq sarayında Azərbaycan və Avstriyanın dövlət himnlərinin sədaları altında fəxri qarovul qarşısında keçidlə sona çatıb.
|
Tarix
2026.10.07 / 19:50
|
Müəllif
Axar.az
|