Yuxarı

“50 qəpik”də maşın yuyanların - Diqqətinə!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“50 qəpik”də maşın yuyanların - Diqqətinə!

Sürücülərin 80 faizi “50 qəpik” özünəxidmət avtoyumadan istifadə edir.

Axar.az Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşaraq başlayır, sonra su ilə yaxalayırlar. Bəziləri üstündən mum da vurur ki, maşının səthi toz, su saxlamasın, rəngi parıldasın.

Amma belə məlum olub ki, bunlar düzgün ardıcıllıq deyilmiş. Əgər avtomobil sadəcə yolda toplanan tozdan çirklənibsə, problem deyil. Lakin çox palçıqlıdırsa, birbaşa köpük vurmaq olmaz, əvvəlcə islatmaq lazımdır.

Yumağa isə yuxarıdan başlayıb aşağıya doğru irəliləmək, su və köpüyün səthə bərabər paylanmasını təmin etməkdir. Daha bir vacib məqam: əgər avtomobil günəş altında saxlanılıbsa, maşın köpük vurmaq üçün həddindən artıq isti ola bilər, xüsusilə tünd rəngli avtomobillər çox tez qızır.

İsti səthdə təmizləyici vasitə çirki effektiv şəkildə təmizləməyə macal tapmadan demək olar ki, dərhal quruyur və qalan qalıqlar plastik detallara zərər verə bilər. Buna görə də, isti havada yumağa sərin su ilə başlayaraq kuzovun soyumasını təmin etmək daha yaxşıdır.

Tarix
2026.10.07 / 23:19
Müəllif
Axar.az
Digər xəbərlər

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla