Yuxarı

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Zəngəzurun Şəki kəndinə daxil olan azərbaycanlı hərbçi cəzasının ən azı bir hissəsini Ermənistanda çəkəcək.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə keçirilən hökumət saatı zamanı "Güclü Ermənistan" blokunun deputatı Andranik Gevorkyanın sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, hadisə ilə bağlı bütün hüquqi prosedurlar həyata keçirilməlidir.

"İstintaq aparılmalı, iş məhkəməyə göndərilməli və məhkəmə hökm çıxarmalıdır. Bundan sonra o, cəzasının ən azı bir hissəsini Ermənistanda çəkməlidir", - deyə baş nazir bildirib.

Paşinyan əlavə edib ki, azərbaycanlı hərbçinin gizləndiyi evə əvvəlcə uşaqlar yaxınlaşıblar. Onlar evdə yad adamı görərək bu barədə analarına məlumat veriblər. Bundan sonra qadın polisə zəng edib, lakin özü hadisə yerinə getmək qərarına gəlib və polislərdən əvvəl oraya çatıb.

"Bu, klassik kriminal hekayədir. Əgər onlar polisin gəlməsini gözləsəydilər, heç nə baş verməzdi", - deyə Paşinyan əlavə edib.

Tarix
2026.10.07 / 19:58
Müəllif
Axar.az
Digər xəbərlər

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında...

Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi...

Papikyandan Nəsimi Musayevlə bağlı mühüm açıqlama

Ermənistan Azərbaycana “jest” edə bilər - Xudoyan

Ehtiyaclarımız üçün qonşularla danışıqlar aparırıq - Pezeşkian

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla