Yuxarı

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edilib.

Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Qeyd olunub ki, Cenevrədə keçirilən BMT İnsan Hüquqları Şurasının 63-cü sessiyası çərçivəsində Azərbaycanın həmmüəllif qismində dəstəklədiyi və fəal şəkildə təşviq etdiyi "Piyada əleyhinə minaların insan hüquqlarından tam istifadəyə təsiri: Zərərçəkənlərə yardımın gücləndirilməsi" adlı qətnamə qəbul edilib.

Qətnaməyə 70 dövlət həmmüəllif qismində qoşulub və sənəd səsvermə keçirilmədən qəbul edilib.

Azərbaycan sessiya çərçivəsində bu mühüm birgə təşəbbüsün gündəmdə saxlanılması və təşviqi məqsədilə ictimai dialoq təşkil edib, həmçinin mövzuya həsr olunmuş yan tədbirin həmtəşkilatçısı qismində çıxış edib.

Dünyada minalarla ən ciddi şəkildə çirklənmiş ölkələrdən biri olan Azərbaycan piyada əleyhinə minaların yaratdığı kəskin problemdən əziyyət çəkir. Piyada əleyhinə minalar və partlamamış hərbi sursatlar insan hüquqlarından tam istifadəyə uzunmüddətli və ağır təsir göstərməklə yanaşı, zərərçəkənlərin və onların ailə üzvlərinin həyatına ciddi fəsadlar törədir. Bu baxımdan, qətnamədə zərərçəkənlərə yardım məsələsinə xüsusi diqqət yetirilməsini alqışlayırıq.

Mina fəaliyyəti davamlı sülhün təməl elementlərindən biridir və münaqişədən sonrakı bərpa prosesində mühüm rol oynayır. Mina təmizlənməsi keçmiş məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətli qayıdışına şərait yaratmaqla yanaşı, münaqişədən zərər çəkmiş ərazilərin və icmaların bərpasına, habelə sosial-iqtisadi inkişafın təmin olunmasına mühüm töhfə verir.

Qətnamədə mina fəaliyyəti, sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması arasındakı qarşılıqlı əlaqəyə mühüm diqqət yetirilməsini təqdir edirik. Mina təmizlənməsi, həmçinin iqlimlə bağlı risklərə daha səmərəli uyğunlaşmanın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, qətnamənin insan hüquqları kontekstində mina fəaliyyəti ilə iqlim risklərinə uyğunlaşma arasındakı əlaqəyə dair anlayışın formalaşdırılmasına və dərinləşdirilməsinə töhfə verməsini vacib hesab edirik.

Minaların törətdiyi itkilərin miqyası, xüsusilə mina fəaliyyəti və zərərçəkənlərə yardım üçün daha güclü beynəlxalq dəstəyin, tərəfdaşlıqların və davamlı maliyyələşmənin səfərbər edilməsinin vacibliyini bir daha nümayiş etdirir. Bu baxımdan, BMT İnsan Hüquqları Şurasının üzv dövlətləri mina təmizlənməsi və zərərçəkənlərə yardım üçün maliyyələşməni artırmağa, o cümlədən alternativ maliyyələşdirmə mənbələrindən və dövlət-özəl tərəfdaşlıqlardan istifadə etməyə çağırmasını alqışlayırıq.

Azərbaycan mina təhlükəsi ilə mübarizədə beynəlxalq əməkdaşlığın, həmrəyliyin və davamlı dəstəyin gücləndirilməsinin vacibliyini bir daha vurğulayır və mina fəaliyyətinin insan hüquqlarının qorunmasına, davamlı sülh və inkişafın təmin olunmasına verdiyi töhfəni yüksək qiymətləndirir.

Tarix
2026.10.07 / 19:14
Müəllif
Axar.az
Digər xəbərlər

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında...

Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi...

Papikyandan Nəsimi Musayevlə bağlı mühüm açıqlama

Ermənistan Azərbaycana “jest” edə bilər - Xudoyan

Ehtiyaclarımız üçün qonşularla danışıqlar aparırıq - Pezeşkian

İlham Əliyev Putinə zəng etdi

Azərbaycandan Almaniyaya etiraz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla