Yuxarı

Lerikdə iki ağır qəza: 5 nəfər yaralandı...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lerikdə iki ağır qəza: 5 nəfər yaralandı...

Lerik rayonunda gün ərzində iki ayrı yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalar nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Axar.az xəbər verir ki, qəzalardan biri rayonun Blaband kəndində baş verib. Sadiq Novruzovun idarə etdiyi VAZ-2121 markalı avtomobil hərəkətdə olarkən UAZ markalı nəqliyyat vasitəsilə toqquşub.

Qəza nəticəsində “Niva” markalı avtomobildə olan 3 nəfər xəsarət alıb. Onlardan Lerik rayonunun Pirəsora kənd sakini, 1963-cü il təvəllüdlü Fədail Bəbir oğlu Bağırovun vəziyyəti ağır olduğundan Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona kəllə-beyin travması diaqnozu qoyulub və müalicəsi davam etdirilir.

Digər qəza Lənkəran–Lerik magistral yolunun 39-cu kilometrliyində baş verib. Lerik rayonunun Zenoni kənd sakini, 1985-ci il təvəllüdlü Həmid Heybət oğlu Dövlətovun idarə etdiyi VAZ-2107 markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Hadisə zamanı sürücü və onun həmkəndlisi, 1996-cı il təvəllüdlü İsmayıl Maşallah oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisələrlə bağlı araşdırma aparılır.

Tarix
2026.10.07 / 22:48
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla