Yuxarı

Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi

Lionel Messinin Argentina millisində son oyunundan sonra “Monumental” stadionunda təşkil olunan dron şousu azarkeşlərin narazılığına səbəb olub.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, Argentina Benini 3-0 hesabı ilə məğlub etdikdən sonra 39 yaşlı kapitanın şərəfinə xüsusi şou hazırlanıb. Lakin şou başlamazdan əvvəl səmada Messinin deyil, tədbirin sponsorlarından olan sığorta şirkətinin loqosu peyda olub.

Reklam görüntüsü bir neçə saniyə davam edib və daha sonra Messi üçün hazırlanan şou başlayıb. Sponsorun loqosunun göstərilməsi tribunaların narazılığı ilə qarşılanıb. Azarkeşlər fitə basıb və etiraz səsləri səsləndiriblər.

Narazılıq Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapia ilə bağlı da olub. Stadionda onun ünvanına təhqiramiz ifadələr səsləndirilib.

Dron şousunun bir epizodunda isə Messi topa sağ ayağı ilə zərbə vuran formada təsvir edilib. Halbuki argentinalı futbolçu sol ayağı ilə oynaması ilə tanınır.

Tarix
2026.10.08 / 01:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla