Yuxarı

Bəhram Bağırzadədən Cabir İmanovla bağlı təsirli paylaşım

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəhram Bağırzadədən Cabir İmanovla bağlı təsirli paylaşım

Əməkdar artist Bəhram Bağırzadə məhrum həmkarı Cabir İmanovun xatirəsinə kitab həsr edib.

Kult.az Axşam.az-a istinadla xəbər verir ki, “Mən polis olmaq istəyirəm” adlı kitab sənətçinin vəfatının birinci ildönümü ərəfəsində işıq üzü görüb.

B.Bağırzadə paylaşımında Cabir İmanovla bağlı xatirələrini bölüşüb. O bildirib ki, sənətçinin vəfatından bir il keçsə də, onunla daxilində danışmağa davam edir:

“Onun olmadığı bir il tamam olur. Tam bir il onsuz. Bu il ərzində onunla daxilən danışmadığım bir gün belə olmayıb. Biz həmişə zarafat edirdik və o, indi yanımda olmasa da, bu davam edir. Bəlkə də ona görə ki, mənim üçün o yaşayır. Haradasa yanımdadır. Sadəcə burada deyil.

Hər gün dualar oxuyuram. Bu sözlərdə yalnız dua deyil, söhbət də var. Əvvəllər olduğu kimi”.

Bağırzadə deyib ki, kitabda Cabir İmanovun uşaqlıq arzusundan bəhs olunub. O qeyd edib ki, sənətçi uşaqlıqdan polis olmaq istəyib və xidmətə qəbul olunduğu zaman bu xəbəri ilk çatdırdığı şəxslərdən biri onun atası Arif Bağırzadə olub:

“İstəyirdi ki, atam bunu bilsin. Onun qürurunu görmək, bu anı onun üçün vacib olan insanla bölüşmək istəyirdi. İndi onların hər ikisi yoxdur. Mən isə kitab, dualar və artıq heç kimin eşitmədiyi, amma içimdə hələ də səslənən zarafatlarla qalmışam.

Qoy bu kitab vida deyil, davam olsun. Çünki biz xatırladıqca onlar bizimlədir. Onlarla danışdıqca bizi eşidirlər. Sevdikcə onlar yaşayırlar”.

Qeyd edək ki, Cabir İmanov ötən il sentyabrın 29-da 49 yaşında idman zalında qəfil ürəktutmasından vəfat edib.

Tarix
2026.09.29 / 12:25
Müəllif
Kult.az
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla