Səhərlər öskürək xərçəngdən ola bilər – Diqqət!
02:00
| Ana səhifə Toplum |
|
09:08
Böyük Qayıdış proqramı çərçivəsində növbəti köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli, Ağdərənin Həsənriz, Kolatağ, Aşağı Oratağ, Vəngli, Xocalının Təzəbinə, Badara, Xanabad, Daşbulaq və Seyidbəyli kəndlərinə çatıb.
Axar.az xəbər verir ki, bu mərhələdə Cəbrayılın Şükürbəyli kəndinə 12 ailə, 55 nəfər köçürülüb.
Ağdərənin Aşağı Oratağ kəndinə 10 ailə, 34 nəfər, Vəngli kəndinə 6 ailə, 26 nəfər, Həsənriz kəndinə 6 ailə, 17 nəfər, Kolatağ kəndinə 3 ailə, 19 nəfər yola salınıb.
Həmçinin Xocalının Xanabad kəndinə 10 ailə, 31 nəfər, Təzəbinə kəndinə 9 ailə, 39 nəfər, Badara kəndinə 6 ailə, 24 nəfər, Daşbulaq kəndinə 2 ailə, 7 nəfər, Seyidbəyli kəndinə 1 ailə, 5 nəfər yola salınıb.
|
Tarix
2026.07.24 / 14:19
|
Müəllif
Axar.az
|