Yuxarı

Tofiq Mirzəyevin ölüm səbəbi bilindi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tofiq Mirzəyevin ölüm səbəbi bilindi

09:18

Azərbaycanın xalq artisti, aktyor, rejissor Tofiq Mirzəyev 94 yaşında İsraildə vəfat edib.

Kult.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Onun ölüm səbəbi hələlik məlum deyil.

***

Azərbaycanın xalq artisti, tanınmış kino aktyoru Tofiq Mirzəyev ötən gün gecə saatlarında İsrailin Beer-Şeva şəhərində yerləşən xəstəxanada vəfat edib.

Bu barədə APA-ya açıqlamasında İsraildə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman məlumat verib.

O qeyd edib ki, xalq artisti 2 ay əvvəl insult səbəbilə sözügedən xəstəxanaya yerləşdirilib:

"Tofiq Mirzəyevin səhhəti bir müddət əvvəl yaxşılaşsa da, son günlər yenidən halı pisləşdi. Özü sağlığında dəfələlərlə Bakıda dəfn olunmağı ilə bağlı arzularını dilə gətirsə də, bu gün İsrailin Araj şəhərindəki qəbiristanlıqda dəfn olunması planlaşdırılır".

Xatırladaq ki, Tofiq Mirzəyev 1932-ci ildə Gədəbəy rayonunda anadan olub. 1976-cı ildə Azərbaycan SSR-in Əməkdar artisti fəxri adına layiq görülən sənətçi Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi. O, 2022-ci il iyunun 14-də Azərbaycan Respublikasının Xalq artisti fəxri adına və həmin tarixdə "Şöhrət" ordeninə layiq görülüb. Tofiq Mirzəyev "Nəsimi", "Üzeyir ömrü", "O qızı tapın", "Onun bəlalı sevgisi", "Uşaqlığın son gecəsi", "İstintaq" kimi filmlərdə rol alıb.

Tarix
2026.07.22 / 10:56
Müəllif
Kult.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla