Yuxarı

Tanınmış yazıçıda ağır xəstəlik aşkarlandı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış yazıçıda ağır xəstəlik aşkarlandı

Tanınmış yazıçı, əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru Firuz Mustafada xərçəng xəstəliyi aşkarlanıb.

Kult.az xəbər verir ki, bu barədə yazımı özü məlumat yayıb.

O, “qorxulu səfərdən” qayıtdığını bildirib:

“Adətən, dostlarla nikbin ruhlu düşüncələrimi paylaşıram. Amma təəssüf ki, dünyamız və eləcə də şəxsi həyatımız təkcə yüksək ovqat üstə köklənməyib...

Son beş ildə dörd ciddi əməliyyat keçirmişəm. Bunu yalnız yaxın çevrəmdəki adamlar bilir.

Bu yaxınlarda səhhətimlə bağlı hospitala etdiym müraciət mənim az qala dünyamı dəyişdi. Uzun-uzadı analizlərdən sonra mədə-bağırsaqda onkoloji problem aşkarlandı. Təcili əməliyyat təklif olundu.

Qısa yazıram. Artıq əməliyyat arxada qalıb. Orqanizmimdə, dağılmış kənd və şəhərlərimizdə olduğu kimi, ciddi bərpa işləri gedir.

Əvvəla, onu deyim ki, hospitaldan və həkimdən bir narazılığım olmasa da, bu tipli əməliyyatların hədsiz baha başa gəldiyini mütləq vurğulamalıyam. Qohum-əqrəba dəstəyi olmasa, taleyin ümidinə qalmalısan.

İkincisi, ölkəmiz xərçəng xəstələrinin sayına görə beynəlxalq statistikada ilk iyirmilikdədir. Bu, statistikadan çox, faciədir.

Üçüncüsü, xərçəng xəstələrinə göstərilən diqqət heç də qənaətbəxş deyildir.

Dördüncüsü, bu xəstəliyin öz adı kimi mahiyyətinin də belə geniş şaxələnməsinin, yayılmasının elmi əsasları hələ dəqiq müəyyənləşdirilməmişdir ki, bu da istər-istəməz həyəcan təbili çalmağa əsas verir...

...Əməliyyata gedəndə yaxınlar adətən xəstəyə, “qorxma, hər şey yaxşı olacaq” deyirlər. Ta qorxudan keçib. Filosof yaxşı bilir ki, insan doğulur, yaşayır və ölür. Hələlik insanın bu “üçbucaqdan” kənara çıxmaq imkanı yoxdur.

Bəli, qorxulu səfərdən - xəstəlikdən qayıtdım.

Belə kritik anlarda insanı çulğayan qarmaqarışıq düşüncə axarını bir istiqamətə yönəltmək çətin olsa da, qərara aldım ki, tünd rəngləri işığa çıxarım, yəni tuş gəldiyim pislikləri də unudum.

Çalışın xəstələnməyin.

Hamıya sağlamlıq arzulayıram”.

Tarix
2026.07.19 / 21:27
Müəllif
Kult.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla