Yuxarı

"Qalatasaray"ın paylaşımına kürdlərdən sərt reaksiya

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qalatasaray"ın paylaşımına kürdlərdən sərt reaksiya

Türkiyənin “Qalatasaray” futbol klubunun oyunçusu Barış Alper Yılmaz üçün hazırladığı xüsusi kolleksiya sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Axar.az xəbər verir ki, “Qalatasaray”ın “Amedspor”a qalib gəldiyi (4-3) matçdan dərhal sonra rəsmi lisenziyalı məhsul mağazası olan “GS Store”un sosial media hesabında futbolçu Barış Alpər Yılmaz üçün hazırlanmış xüsusi kolleksiyanın tanıtım videosu yayımlanıb.

Videoda əks olunan qablaşdırma dizaynı sosial şəbəkələrdə mübahisələrə yol açıb. Bəzi kürd istifadəçilər və “Amedspor” azarkeşləri sarı torbanı "sarı meyit torbası" (Türkiyədə terrorla mübarizə zamanı zərərsizləşdirilən PKK üzvlərinin daşındığı torbalar) kimi qəbul edib və bunu irqçilik hesab ediblər.

Etirazların artmasından sonra “Qalatasaray” müvafiq videonu sosial media hesablarından silib. Klubun açıqlamasında bildirilib ki, görüntüdəki qablaşdırma yalnız Barış Alpər Yılmazın xüsusi kolleksiyası üçün hazırlanmış məhsul dizaynıdır və heç bir gizli mesaj və ya başqa məna daşımır.

“Amed” rəhbərliyi isə “Qalatasaray” klubu ilə əlaqə saxladıqlarını bildirərək, təxribat xarakterli hesab edilən yanaşmalara qarşı həssaslıqlarını ifadə ediblər.

Hadisədən sonra bəzi kürd azarkeşlər və sosial media istifadəçiləri “Qalatasaray”ı boykot ediblər. Onlardan bəziləri kluba dəstəklərini geri çəkdiklərini açıqlayıblar, "Qalatasaray"ın formasını yandırıblar.

Tarix
2026.11.09 / 23:14
Müəllif
Axar.az
Digər xəbərlər

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla