Səhər yeməyində bu qidanı yeyin - Səbəb
02:05
| Ana səhifə Sağlıq |
|
Səhər yeməyində yumurta yemək beyin sağlamlığını qorumağa və demensiya riskini azaltmağa kömək edə bilər.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə diyetoloq Meqqi Mun “Eating Well” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, yumurtanın tərkibindəki xolin beyin sağlamlığı üçün vacibdir. Bu maddə yaddaşın formalaşmasında və bərpasında iştirak edən asetilxolin neyromediatorunun tərkibinə daxildir.
Dietoloq bildirib ki, yumurta sarısında olan karotinoidlər antioksidant xüsusiyyətləri sayəsində demensiya riskinin azalmasına da kömək edə bilər. Məhsulun tərkibindəki triptofan isə həm beyin sağlamlığının qorunmasında, həm də yuxunun tənzimlənməsində mühüm rol oynayır.
|
Tarix
2026.11.10 / 02:05
|
Müəllif
Axar.az
|