Yuxarı

Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi, Prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyevi qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycan ilə Rusiya arasında iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq, COP məsələləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq mövzular müzakirə olunub.

Nazir Ceyhun Bayramov COP29 Sədrliyi çərçivəsində Azərbaycanın qazandığı təcrübə və əldə etdiyi nəticələr, ölkəmizin COP-31-in Sədrliyini həyata keçirəcək Avstraliya və ev sahibi Türkiyə ilə sıx əməkdaşlığı barədə məlumat verib.

Görüşdə Xəzər dənizi üzrə ikitərəfli əməkdaşlıq məsələlərinə də toxunulub. Bu çərçivədə Xəzər dənizi ilə bağlı yaradılmış ikitərəfli İşçi Qrupunun fəaliyyətinin intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Xəzər dənizinin su ehtiyatlarının və unikal ekosisteminin qorunmasının vacibliyi qeyd edilərək, bu istiqamətdə, o cümlədən kənd təsərrüfatı sahəsində innovativ texnologiyaların tətbiqi və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Tarix
2026.07.23 / 19:58
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla