Yuxarı

Onun ölümündən sonra Tofiq Bakını tərk etdi - Anar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onun ölümündən sonra Tofiq Bakını tərk etdi - Anar

Tofiq Mirzəyevlə sonuncu dəfə Novruz bayramı ərəfəsində danışmışdım. Ara-sıra hal-əhval tutur, zəngləşirdik. Ötən illərdən, çəkildiyi filmlərdən danışanda deyirdi ki, heyif o illər keçib getdi. Tofiqlə bacanaq olmuşuq, vəfatı məni kədərləndirdi, onunla bağlı yazı yazacağam.

Kult.az xəbər verir ki, bunu Teleqraf-a Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev Azərbaycanın xalq artisti, tanınmış kino aktyoru Tofiq Mirzəyevin vəfatı ilə bağlı danışarkən deyib.

"Həyat yoldaşının ölümündən sonra Tofiq həmişəlik Bakını tərk edib İsrailə köçdü. Oğlu da onun yanında idi. Uzun zamandır xəstə idi, amma bu barədə danışmağı xoşlamazdı. Məndə olan məlumata görə, artıq dəfn olunub", - deyə A.Rzayev qeyd edib.

Qeyd edək ki, Tofiq Mirzəyev ötən gün gecə saatlarında İsrailin Beer-Şeva şəhərində yerləşən xəstəxanada vəfat edib.

Tofiq Mirzəyev 1932-ci ildə Gədəbəy rayonunda anadan olub. 1976-cı ildə “Əməkdar artist” fəxri adına layiq görülən sənətçi Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi. O, 2022-ci il iyunun 14-də Azərbaycan Respublikasının Xalq artisti fəxri adına və həmin tarixdə "Şöhrət" ordeninə layiq görülüb. Tofiq Mirzəyev "Nəsimi", "Üzeyir ömrü", "O qızı tapın", "Onun bəlalı sevgisi", "Uşaqlığın son gecəsi", "İstintaq" kimi filmlərdə çəkilib.

Tarix
2026.07.22 / 12:48
Müəllif
Kult.az
Digər xəbərlər

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla