Yuxarı

Ceyhun Sabunçunu öldürənlər həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ceyhun Sabunçunu öldürənlər həbs edildi

16:26

Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi insidentlə bağlı saxlanılan şəxslər barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat daxil olub.

Axar.az APA-ya istinadla xəbər verir ki, hazırda təqdimata Xətai Rayon Məhkəməsində baxılır.

Saxlanılan şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülüb.

***

Bakıda ölümlə nəticələnən kütləvi davada "Ceyhun Sabunçu" adlı şəxsi qətlə yetirməkdə və cinayətkar birlik yaratmaqda şübhəli bilinən şəxslərdən iki nəfər barəsində qərar verilib.

Qərara əsasən, Emin Rəhimov və Elmar Cəfərov barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

***

Bakıda General Şıxlinski küçəsi, 145 ünvanında yerləşən “Ab-Hava” kafesində bir nəfərin ölümü ilə nəticələnən kütləvi insidentlə bağlı saxlanılan digərləri barəsində həbs qətimkan tədbiri seçilib.

Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Məlumata görə, Xətai Rayon Məhkəməsinin qərarı ilə saxlanılan Kamran Əfəndiyev, Mikayıl İsmayılov, Ramil Dadaşov, Eldar Eldarov, Həsən Zülfiqafov barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatət isə hakimlərin öz-özünə etiraz ərizələrinin müvafiq qaydada baxılaraq həll edilməsi, habelə materialın baxılması üçün başqa məhkəməyə verilməsi məsələsinin həll olunması məqsədilə Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Onların hər birinə Cinayət Məcəlləsinin 218.1, 218.2, 234.4.1, 234.4.3, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri üzrə ittiham irəli sürülüb.

Tarix
2026.10.25 / 19:06
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur - Deputat

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla