Yuxarı

Qurbanov: Dünya futbolunda da belə hallar olur

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qurbanov: Dünya futbolunda da belə hallar olur

Çempionlar Liqasında oynadıqdan sonra daha sərbəst çıxış edən rəqibimiz var idi. Texniki səhvlərimiz çox olsa da, oyunçular mübarizədən qopmadı.

Axar.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının IX turunda səfərdə “Sabah”la 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis qarşılaşmanı belə şərh edib:

“Maraqlı oyun alındı, yaxşı mübarizə və dinamika var idi. Son dəqiqələrə kimi temp yüksək səviyyədə oldu. Qarşımızda çox yaxşı, formalaşmış rəqib var idi. Son nöqtəyə kimi oynamağa çalışdılar. Hər bir futbolçu üçün gələcəyi düşünüləsi oyun oldu. Daha yaxşı formada olmalıyıq, idman formamızı daha da yaxşılaşdırmalıyıq.

Çoxdan idi ki, bu stadionda oynamırdıq. Çox gözəl təmir olunub, çox yaxşı atmosfer var idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm.

“Qarabağ”ın “Sabah”ı uzun müddətdir uda bilməməsinə gəldikdə, belə hallar olur. Amma normal prosesdir. Dünya futbolunda da belə hallar olur. Bunu düşünməyərək oyuna hazırlaşmışdıq.

Düzünü desəm, hansısa dəyişiklikləri fikirləşdim. Amma temp elə idi ki, vaxtı saxlamaq, balansı çox pozmaq istəmədik. Oyun gedə-gedə düşünürdük ki, temp qalsın.

Martin Zlomisliç yəqin ki, qarşıdakı günlərdə məşqlərə başlayacaq. Əzələ problemi var. Joni Montiel zədəlidir. “Neftçi” ilə matçda son dəqiqələrdə əzələ ağrısı hiss etmişdi. Bu həftə məşqlərə qoşulmamışdı”.

Tarix
2026.10.25 / 21:08
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla