Yuxarı

913 uşaq müəssisələrdən ailələrinə qaytarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
913 uşaq müəssisələrdən ailələrinə qaytarıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başladığı 2020-ci ildən ötən dövrdə qurum tərəfindən həyata keçirilən reinteqrasiya tədbirləri nəticəsində 913 uşağın sosial xidmət müəssisələrindən ailələrinə qayıdışına nail olunub.

Axar.az xəbər verir ki, uşaqların ailə himayəsinə qaytarılması prosesində ailələrə sosial dəstək tədbirlərini özündə əks etdirən ailə inkişaf planları tərtib edilir.

Bu plan əsasında müvafiq istiqamətlər üzrə ailələrin gücləndirilməsi üçün dəstək göstərilir.

Uşaqlar ailə himayəsinə qaytarıldıqdan sonra onların ailədə ümumi vəziyyətlərinin öyrənilməsi üçün monitorinqlər həyata keçirilir.

Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması istiqamətində də Agentlik tərəfindən sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparılır. Ötən dövrdə 1019 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb.

Tarix
2026.07.28 / 16:09
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında...

Çavuşoğlundan Bakıda mesaj: Müharibənin bitməsi...

Papikyandan Nəsimi Musayevlə bağlı mühüm açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla