Yuxarı

Çavuşoğlundan Bakıda mesaj: Müharibənin bitməsi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çavuşoğlundan Bakıda mesaj: Müharibənin bitməsi...

Davamlı sülh yalnız hərbi əməliyyatların başa çatması ilə deyil, barışıqla da təmin oluna bilər.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə parlamentinin deputatı, Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu itkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində keçirilən IV Beynəlxalq konfransda bəyan edib.

O qeyd edib ki, Cənubi Qafqaz münaqişə, məcburi köçkünlük və dərin humanitar iztirablarla üzləşib. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında əldə olunmuş ilkin sülh razılaşmasına itkin düşmüş şəxslərlə bağlı müddəanın daxil edilməsi mühüm göstəricidir.

Çavuşoğlu bildirib ki, bu məsələ daha geniş sülh prosesinin tərkib hissəsi kimi qəbul edilir. O vurğulayıb ki, itkinlərlə bağlı problemin sülh quruculuğu və barışıq prosesinin ayrılmaz hissəsi kimi tanınması insanlar arasında qarşılıqlı etimadı artıracaq və davamlı sülh üçün möhkəm sosial zəmin yaradacaq.

“Cənubi Qafqazda sülh yalnız hərbi əməliyyatların başa çatması ilə yekunlaşmamalıdır. Sülh itkin düşmüş şəxslərin ailələrinin həyatına və qəlbinə də gəlməlidir”, - deyə Çavuşoğlu əlavə edib.

Tarix
2026.10.07 / 17:44
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

Bakı ilə İrəvan arasındakı sülh prosesi... – Gülər

Vadeful Bakıdan İrəvana uçdu

Türkiyə ilə Azərbaycan arasında münasibətlər... - Nazir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla