Yuxarı

Azərbaycanda gənc oğlanı təkləyib döydülər - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda gənc oğlanı təkləyib döydülər - Video

14:40

Sosial şəbəkələrdə gənc oğlanın həmyaşıdları tərəfindən təklənərək döyülməsini əks etdirən görüntülər yayılıb.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, döyülən şəxs Şamaxı sakini, “İso Brazilian” ləqəbli Tiktok istifadəçisi İsrafil Dadaşzadədir.

Məlumata görə, görüntülər təxminən bir ay əvvəl çəkilib. İddiaya əsasən, hadisəyə İsrafilin hansısa qıza mesaj yazması səbəb olub. Bundan sonra həmyaşıdlarının onu taparaq döydüyü bildirilir.

Yayılan görüntülər ictimaiyyət arasında böyük qəzəb doğurub və geniş müzakirələrə səbəb olub.

Hazırda polis əməkdaşları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, İsrafil Dadaşzadə bundan əvvəl də Tiktok hesabında yolda ona hücum edilməsi və döyülməsi barədə paylaşımlar edib.

***

Qaradağ rayonunda şəxsi münasibətlər zəminində baş vermiş mübahisə araşdırılır.

DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, sosial mediada yayılan görüntülər avqustun 15-də Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində şəxsi münasibətlər zəminində baş vermiş mübahisəni əks etdirir.

Onun sözlərinə görə, polis əməkdaşları tərəfindən hadisə zamanı 2005-ci il təvəllüdlü şəxsin bir nəfərə xəsarət yetirməsi faktı üzrə zəruri prosessual hərəkətlər həyata keçirilib.

Toplanmış materiallar əsasında Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində müvafiq istintaq hərəkətləri davam etdirilir.

Tarix
2026.10.07 / 19:22
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla