Yuxarı

Məktəbdəki hücumla bağlı rəsmi açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məktəbdəki hücumla bağlı rəsmi açıqlama

Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması zamanı yaranmış insident təhsili idarəetmə qurumları tərəfindən nəzarətə götürülüb.

Axar.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Vurğulanıb ki, hadisənin şahidləri olan pedaqoji kollektivin üzvləri, şagird və valideynlərin iştirakı ilə aidiyyəti üzrə müvafiq araşdırmanın aparılması və qanunauyğun tədbirlərin görülməsi təmin ediləcək:

“Qeyd edək ki, məsələ ilə bağlı polis orqanları tərəfindən də müvafiq araşdırma aparılır. Araşdırmanın nəticələrinə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görüləcək.

Bir daha xatırladırıq ki, bu kimi həssas hadisələrlə bağlı məlumatların yayılması zamanı dəqiqlik və məsuliyyət prinsiplərinə riayət edilməsi, uşaqların qanunvericiliklə nəzərdə tutulmuş anonimliyinin, psixoloji təhlükəsizliyinin və mənafelərinin qorunması zəruridir. Şagirdlərlə müsahibələrin aparılmasına və onların emosional vəziyyətinə neqativ təsir göstərə bilən digər davranışlara yol verilməməlidir”.

Tarix
2026.10.29 / 00:36
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla