Sabah bu rayonda qaz olmayacaq
22:40
| Ana səhifə Hadisə |
|
Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə Real TV-nin əməkdaşlarına hücum olub.
Axar.az xəbər verir ki, bu gün həmin məktəbin 7-ci sinif şagirdi dərs zamanı pəncərədən yıxılaraq həyatını itirib.
Telekanalın əməkdaşları hadisə ilə əlaqədar çəkiliş aparmaq üçün məktəbə gediblər. Lakin orta məktəbin qarovulçusunun təkidi ilə bir qrup şəxs məktəbin həyətində çəkiliş qrupuna hücum edib.
Hadisə nəticəsində televizyanın operatoru müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Jurnalistlər dərhal DİN-in “102” Xidmət Mərkəzinə məlumat veriblər və hadisə çevik qaydada nəzarətə götürülüb. Mətbuat nümayəndələrinə qarşı hüquqazidd əməl törətmiş şəxslər barəsində məsuliyyət tədbirləri görülür.
Real TV-nin yaydığı həmin görüntüləri təqdim edirik:
|
Tarix
2026.10.28 / 22:03
|
Müəllif
Axar.az
|