Yuxarı

Döyüş komandanlığında NATO heyəti ilə görüş

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Döyüş komandanlığında NATO heyəti ilə görüş

Hərbi Hava Qüvvələri komandanının müavini – Hava Döyüş komandiri general-mayor Zaur Rüstəmov NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Baş Qərargahının (SHAPE) Tərəfdaşlıq Baş İdarəsinin rəisinin müavini - Hərbi Əməkdaşlıq İdarəsinin rəisi briqada generalı Theodoros Stefou ilə görüşüb.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin “Mi-17-1V” tipli helikopter cütlüyünün 2-ci səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi zamanı keçirilən görüşdə Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Görüşdə birgə həyata keçirilən fəaliyyətlər, bölmələrin hazırlıq səviyyəsi və qarşıya qoyulan tapşırıqlar barədə təqdimatlar edilib.

Belə tədbirlərin sülhməramlı əməliyyatlara hazırlıq səviyyəsinin yüksəldilməsi, qarşılıqlı fəaliyyətin gücləndirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malik olduğu vurğulanıb.

Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə fotosu çəkdirilib.

Sonra təlim sahəsində olan qonaqlar bölmələrin təchizatına baxış keçirərək NATO standartları və tələblərinə uyğunluq səviyyəsini yoxlayıblar.

Tarix
2026.10.28 / 21:21
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

Zal Yusifovun oğlunun işi: Səs yazısı var...

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı

Netanyahu uduzdu, demokratiya belə işləyir - Qolan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla