Yuxarı

Ronaldo "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ronaldo "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu

Səudiyyə Ərəbistanını "Ən-Nəsr" futbol klubunun hücumçusu Kristiano Ronaldo "Bütün zamanların "Qızıl topu" reytinqində qalib seçilib.

Axar.az xəbər verir ki, bu barədə mükafatın rəsmi saytında məlumat verilib.

Reytinqdə portuqaliyalı futbolçunun 2008-ci ildə qazandığı "Qızıl top" birinci yeri tutub. Həmin il Ronaldo Lionel Messi və "Liverpul"un futbolçusu Fernando Torresi qabaqlamışdı.

Nominasiyada "Qızıl top"u bir neçə dəfə qazanan futbolçular iştirak ediblər. Onların arasında Lionel Messi (8), Kristianu Ronaldo (5), Yohan Kroyff (3), Mişel Platini (3), Marko van Basten (3), Alfredo Di Stefano (2), Frants Bekkenbauer (2), Kevin Kiqan (2), Karl-Haynts Rummenigge (2) və Ronaldo (2) yer alıblar.

Təşkilatçılar daha əvvəl bildiriblər ki, qalib müəyyən edilərkən futbolçunun qazandığı "Qızıl top"ların ümumi sayı deyil, mükafata layiq görüldüyü konkret mövsümdə göstərdiyi möhtəşəm performans əsas götürülür.

Qalib qlobal ödənişli onlayn səsvermə yolu ilə azarkeşlər tərəfindən müəyyənləşdirilib. Bir səsin qiyməti 1 avro təşkil edib.

Tarix
2026.10.29 / 01:05
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla