Yuxarı

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın sanksiya siyahısı yeniləndi

Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib.

Axar.az xəbər verir ki, bu barədə Maliyyə Monitorinqi Xidməti məlumat yayıb.

Məlumata görə, dəyişiklik "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunun 5.2-ci maddəsinə və BMT Təhlükəsizlik Şurasının İŞİD və Əl-Qaidə Sanksiya Komitəsinin 2023-cü il yanvarın 16-da qəbul etdiyi qərara uyğun olaraq həyata keçirilib.

Sanksiya siyahılarına Azərbaycan məhkəmələrinin qərarları əsasında ölkədaxili siyahıya, eləcə də BMT Təhlükəsizlik Şurasının müvafiq sanksiya komitələrinin qərarları əsasında beynəlxalq siyahıya daxil edilmiş fiziki şəxslər və qurumlar daxildir. [Bunlara, adətən, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması, beynəlxalq cinayətlər və digər ciddi pozuntularla əlaqəli şəxslər, təşkilatlar və şirkətlər daxildir - red.].

Ölkədaxili və beynəlxalq sanksiya siyahılarının yenilənmiş versiyaları Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib.

Qanunvericiliyə əsasən, öhdəlik daşıyan şəxslər sanksiya tətbiq edilməli şəxslərin və qurumların aktivlərini dərhal dondurmalıdırlar.

Bu tələb həmin şəxslərin birbaşa və ya dolayı yolla, təkbaşına və ya başqaları ilə birlikdə sahib olduqları və ya nəzarət etdikləri aktivlərə, eləcə də bu aktivlərdən əldə olunan digər vəsaitlərə şamil edilir.

Eyni zamanda, sanksiya tətbiq edilməli şəxslərin adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki şəxslərin və qurumların aktivləri, həmçinin həmin şəxslərin birbaşa və ya dolayı mülkiyyətində və ya nəzarətində olan qurumların aktivləri də dondurulmalıdır.

Aktivlərin dondurulması sanksiya tətbiq edilən şəxslərə əvvəlcədən xəbərdarlıq edilmədən və gecikdirilmədən həyata keçirilməlidir.

Öhdəlik daşıyan şəxslər aktivlərin dondurulması barədə dərhal Dövlət Təhlükəsizliyi Xidmətinə və Maliyyə Monitorinqi Xidmətinə internet səhifəsi vasitəsilə məlumat verməlidirlər.

Qeyd edək ki, hədəfli maliyyə sanksiyalarının tətbiqi sanksiya siyahısına daxil edilmiş şəxslərin və qurumların maliyyə vəsaitlərinə və iqtisadi resurslarına çıxışının məhdudlaşdırılmasını nəzərdə tutur.

Tarix
2026.10.28 / 20:04
Müəllif
Axar.az
Digər xəbərlər

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

Zal Yusifovun oğlunun işi: Səs yazısı var...

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı

Netanyahu uduzdu, demokratiya belə işləyir - Qolan

Ermənistan parlamenti TRİPP-i ratifikasiya etdi

Bu, beynəlxalq aləmdə ən böyük təhdiddir - Deputat

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla