Yuxarı

Selin dağıtdığı Altıağac yolunda son vəziyyət - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Selin dağıtdığı Altıağac yolunda son vəziyyət - Video

Azərbaycan Prezidentinin müvafiq Sərəncamı əsasında güclü yağışlar və sel axınlarının təsiri ilə sürüşmə baş vermiş Altıağac–Xızı avtomobil yolunun 17-ci kilometrlik hissəsində bərpa və möhkəmləndirmə tədbirləri aparılır.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

"Hazırda sürüşmənin törətdiyi dağıntıların ləğv edilməsi istiqamətində ərazidə geniş həcmli və təxirəsalınmaz tədbirlər reallaşdırılır. İşlərin operativ və təhlükəsiz qaydada yerinə yetirilməsi üçün əraziyə lazımi sayda canlı qüvvə, ixtisaslaşdırılmış texnika və mexanizmlər səfərbər edilib.

Həyata keçirilən tədbirlər çərçivəsində sürüşmə səbəbindən deformasiyaya məruz qalmış yol hissələri yenidən qurulur, hərəkət zolağına və ətraf sahələrə yığılmış torpaq kütlələri təmizlənir, yol örtüyünün dayanıqlığının artırılması üçün lazımi möhkəmləndirmə işləri görülür", - məlumatda qeyd olunub.

AAYDA bildirir ki, eyni zamanda, yağıntılı hava şəraitinin yarada biləcəyi potensial təhlükələrin minimuma endirilməsi və yolun etibarlı istifadəsinin təmin olunması məqsədilə profilaktik xarakterli qabaqlayıcı tədbirlər də icra edilir.

"Aparılan işlərin başlıca hədəfi Altıağac–Xızı avtomobil yolunun təhlükəsiz və dayanıqlı vəziyyətə qaytarılması, nəqliyyat vasitələrinin hərəkətinin bütünlüklə bərpası və bölgədə fasiləsiz nəqliyyat əlaqəsinin yenidən qurulmasıdır", - məlumatda qeyd olunub.

Tarix
2026.10.07 / 20:06
Müəllif
Axar.az
Digər xəbərlər

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla