Yuxarı

Papikyandan Nəsimi Musayevlə bağlı mühüm açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Papikyandan Nəsimi Musayevlə bağlı mühüm açıqlama

Ermənistanda həbsdə olan Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayev saxlanılarkən müqavimət göstərməyib.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan müdafiə naziri Suren Papikyan bildirib.

Onun sözlərinə görə, Ermənistanın səlahiyyətli orqanları Azərbaycan hərbçisi tərəfindən sərhədin mümkün keçidi barədə məlumat əldə etdikdə, onun axtarışına başlayıblar.

Müdafiə naziri qeyd edib ki, Nəsimi Musayev saxlanılarkən müqavimət göstərməyib, bu isə onun diversant olmadığının göstəricisidir.

Papikyan əlavə edib ki, hadisə barədə ətraflı məlumat rəsmi araşdırmalar və istintaq hərəkətləri aparıldıqdan sonra veriləcək.

Qeyd edək ki, ötən gün Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan Respublikasının Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun itkin düşməsi barədə məlumatlar yayılıb. Bildirilib ki, 26 sentyabr 2026-cı il tarixində Nəsimi Musayevin xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən zəruri axtarış tədbirləri həyata keçirilib. Hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılıb və araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilib.

Tarix
2026.10.07 / 17:35
Müəllif
Axar.az
Digər xəbərlər

Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi...

Ermənistan Azərbaycana “jest” edə bilər - Xudoyan

Ehtiyaclarımız üçün qonşularla danışıqlar aparırıq - Pezeşkian

İlham Əliyev Putinə zəng etdi

Azərbaycandan Almaniyaya etiraz

Vurulma görüntüsü "Royad Məmmədov"a aid deyil - Video

Türk diplomat Bakıdan niyə imtina etdi? - Video

Qonşuda 47 ildə ilk: çöküş başladı, nazir istefa verdi

Ukraynaya növbəti humanitar yardım göndərildi

Ceyhun Bayramov Türkmənistana getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla