Yuxarı

Türkiyəli məşqçi Azərbaycandan deportasiya olundu - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyəli məşqçi Azərbaycandan deportasiya olundu - Foto

Azərbaycanda fəaliyyət göstərən türkiyəli məşqçi Əbubəkir Yoğurtçu "Mingəçevir" klubunda çalışarkən ölkədən deportasiya olunub.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, 2025-ci ilin avqustunda UEFA-nın "C" kateqoriyalı məşqçi lisenziyasını alan Yoğurtçu həmin mövsümün ortasında Azərbaycanın I Liqa təmsilçisi "Mingəçevir" klubunda köməkçi məşqçi kimi fəaliyyət göstərib.

Mütəxəssis bildirib ki, "Mingəçevir"ə gəldiyi zaman komanda turnir cədvəlində üçüncü pillədə qərarlaşsa da, mövsümü ikinci sırada başa vurub və Premyer Liqa təmsilçisi ilə pley-off mərhələsində mübarizə aparıb. Lakin komanda elitaya yüksələ bilməyib.

Yoğurtçunun sözlərinə görə, mövsümün ardından Azərbaycanda başqa bir kluba baş məşqçi kimi keçmək imkanı yaranıb. Lakin "Mingəçevir"də yaşayış yeri ilə bağlı sənədləşmədə yol verilən çatışmazlıq səbəbindən ona ikiillik deportasiya cəzası tətbiq olunub.

Məşqçi bildirib ki, klub deportasiya qərarının aradan qaldırılması üçün müraciət edib, lakin proses başa çatana qədər yeni mövsüm başlayıb və o, Azərbaycanda başqa komandada fəaliyyət göstərə bilməyib.

Məsələ ilə bağlı "Mingəçevir" klubunun mətbuat xidməti Yoğurtçunun iddialarına aydınlıq gətirib.

Klubdan bildirilib ki, türkiyəli mütəxəssis "Mingəçevir"ə UEFA "C" kateqoriyalı məşqçi lisenziyası almaq üçün praktiki fəaliyyət göstərmək məqsədilə gəlib. Türkiyə vətəndaşlarının Azərbaycana vizasız daxil olması səbəbindən klub onun ölkəyə bütün zəruri sənədlərlə gəldiyini düşünüb.

"Biz elə bilirdik ki, o, hər şeyə hazır sənədlə gəlib. Türkiyə vətəndaşları vizasız gəlirlər. Ölkəyə gəldikdən sonra müəyyən müddət ərzində miqrasiyaya müraciət edib qeydiyyata düşməli idi. Biz isə onun hər şeyə hazır gəldiyini düşünmüşdük", - deyə klubdan bildirilib.

Mətbuat xidmətindən qeyd olunub ki, klubda ödənişsiz fəaliyyət göstərib. Mütəxəssis Azərbaycanda qalma müddətini keçib və ölkədən çıxarkən onun cəriməsi yaranıb. Daha sonra Yoğurtçunun xahişi ilə klub məsələni həll etmək üçün Miqrasiya Xidməti ilə əlaqə saxlayıb.

"Gedəndə cəriməsi var idi. Sonradan klub olaraq bizdən xahiş etdi. Biz də Miqrasiya Xidməti ilə məsələni həll etdik. Deportasiya məsələsi aradan qaldırılıb. Hazırda bununla bağlı problem yoxdur", - deyə klubdan qeyd edilib.

"Mingəçevir" klubundan həmçinin vurğulanıb ki, Yoğurtçunun deportasiya olunmasının klubun sənədləşmədə yol verdiyi səhvdən qaynaqlandığı barədə iddia düzgün deyil.

Tarix
2026.10.07 / 17:38
Müəllif
Axar.az
Digər xəbərlər

Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi...

Papikyandan Nəsimi Musayevlə bağlı mühüm açıqlama

Ermənistan Azərbaycana “jest” edə bilər - Xudoyan

Ehtiyaclarımız üçün qonşularla danışıqlar aparırıq - Pezeşkian

İlham Əliyev Putinə zəng etdi

Azərbaycandan Almaniyaya etiraz

Vurulma görüntüsü "Royad Məmmədov"a aid deyil - Video

Türk diplomat Bakıdan niyə imtina etdi? - Video

Qonşuda 47 ildə ilk: çöküş başladı, nazir istefa verdi

Ukraynaya növbəti humanitar yardım göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla