Yuxarı

Dünya futbolunun əfsanəsi Bakıda: "Qarabağ"dan danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya futbolunun əfsanəsi Bakıda: "Qarabağ"dan danışdı

Mən idmanla yaxından maraqlanıram. Cüdoda xüsusilə idmançıların bir-birinə olan hörmətini çox bəyənirəm. Dürüst olsam, cüdonun bütün qaydalarını dəqiqliklə bilmirəm, lakin bu idman növünün böyük azarkeşiyəm. Bakıda olmaqdan şadam. Dünən möhtəşəm döyüşlərin şahidi olduq, bu gün də maraqlı finalların keçiriləcəyinə ümid edirəm.

Axar.az xəbər verir ki, bu sözləri Bakının ev sahibliyi etdiyi cüdo üzrə dünya çempionatı ilə bağlı ölkəmizdə səfərdə olan Almaniya millisinin sabiq futbolçusu Lotar Matteus jurnalistlərə açıqlaması zamanı deyib.

Bundestimlə dünya çempionu olmuş veteran müdafiəçi vurğulayıb ki, Bakı cüdo üzrə belə möhtəşəm turnirin keçirilməsi üçün mükəmməl məkandır:

“İlk növbədə, təbii ki, Almaniya idmançılarını dəstəkləyirəm. Lakin buradakı ümumi atmosfer məni heyran etdi. Azərbaycanda cüdoya böyük ehtiras və sevgi var, bunu arenada addımbaşı hiss etmək mümkündür”.

Futbol mövzusuna da toxunan L.Matteus Azərbaycan klublarının avrokuboklardakı çıxışını yüksək qiymətləndirib:

“Nizam-intizamlı iş, komanda ruhu olduqda böyük nəticələr qazanmaq mümkündür. “Qarabağ” son illərdə avrokuboklarda çox uğurlu çıxış edir. İndi isə Çempionlar Liqasında ikinci komandanız olan “Sabah” mübarizə aparır. Düşünürəm ki, bu faktlar, eləcə də milli komandanın son 2-3 ildəki inkişafı Azərbaycan futbolunun düzgün istiqamətdə irəlilədiyini göstərir”.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq.

Tarix
2026.10.07 / 19:32
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla