Yuxarı

Akomyan müraciət yaydı: Həyatım təhlükədədir!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Akomyan müraciət yaydı: Həyatım təhlükədədir!

Ermənistanın Baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyan həyatına təhdilər olması ilə bağlı videomüraciət yayıb.

Axar.az Ölkə.az-a istinadla xəbər verir ki, Anna Akopyan bununla bağlı İnstaqram səhifəsində video paylaşım edib. O müraciətində son günlərdə ölkədə məişət zorakılığı məsələsini ictimailəşdirməsindən sonra həyatı üçün təhlükə hiss etdiyini qeyd edib.

"Məişət zorakılığı haqqında açıq danışmağa başladıqdan sonra həyatıma qarşı təhdidlər hiss edirəm. Ümid edirəm ki, dövlət qurumları bu kimi halların qarşısını ala biləcəklər. Çünki baş nazirin həyat yoldaşı zorakılığın qurbanı olsaydı, bu, ölkənin nüfuzuna ciddi zərbə olardı", - Akopyan vurğulayıb.

Akopyan videomüraciətində qadınlara məişət zorakılığı halları barədə susmamağa çağırıb.

"Yalnız biz bir-birimizə kömək edə və qoruya bilərik. Bu problem barədə cəsarətlə danışmağa başlamalı, ailələrimizdə zorakılığa artıq dözməyəcəyimizi bəyan etməliyik. Hamını birdən susdurmaq mümkün olmayacaq", - o bildirib.

O, qadınların baş verənlər barədə açıq danışmaqdan çəkinməməli olduqlarını söyləyib:

"Qorxmayın. Ən pisi artıq başımıza gəlib. İllərlə psixoloji, fiziki, maliyyə və cinsi istismar altında yaşamaq əsl kabusdur və biz bundan qətiyyətlə çıxmalıyıq. Artıq buna dözməyəcəyik".

Qeyd edək ki, Ermənistan Baş Prokurorluğu Anna Akopyanın həyatına təhdidlər alması barədə bəyanatı təsdiqləyib və məsələ ilə bağlı araşdırmaya başlayıb.

Tarix
2026.07.28 / 19:10
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev BƏƏ-nin vitse-prezidentinə başsağlığı verdi

Mansur Yavaş CHP-dən istefa verdi

Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Prezident iki səfiri qəbul etdi - Foto

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı detal

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla