Yuxarı

Erməni separatçılarının şikayətlərinə baxıldı: Dəlillər...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni separatçılarının şikayətlərinə baxıldı: Dəlillər...

İyulun 28-də Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.

Axar.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.

Məhkəmə iclasının əvvəlində məlumat verilib ki, prosesdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları da müşahidəçi qismində iştirak edirlər.

Məhkəmə iclası dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib.

Dövlət ittihamını müdafiə edən prokurorlar Anar Ələkbərov və Sevinc Qasımova çıxışlarında bildiriblər ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla digər təqsirləndirilən şəxslər kimi Qarik Martirosyan, Davit Allahverdiyan, Levon Balayan, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryanın da Ermənistan tərəfindən Azərbaycan Respublikasının suveren ərazilərinin işğal edilməsi, habelə işğal altında saxlanılması, müxtəlif qanunsuz fəaliyyətlərin həyata keçirilməsi, Ermənistanın formalaşdırdığı və himayə etdiyi cinayətkar birliklərin tərkibində və təcavüzkar müharibənin aparılmasında iştirakları təsdiq olunub.

Prokurorlar qeyd ediblər ki, iş üzrə toplanmış mötəbər sübutlar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin qanuni və əsaslı olduğunu təsdiqləyir, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə öz təsdiqini tapmayıb.

Daha sonra çıxış edən Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı bildirib ki, birinci instansiya məhkəməsinin çıxardığı ittiham hökmü həm milli qanunvericiliyin, həm də beynəlxalq hüququnun ümumtanınmış prinsip və normalarının tələblərinə tam uyğundur.

Prokuror vurğulayıb ki, ifadələr, ekspert rəyləri, protokollar, maddi sübutlar, sənədlər, video və fotomateriallar qarşılıqlı şəkil və məcmu halında araşdırılıb, hökm hər bir təqsirləndirilən şəxsin konkret əməlləri, ittiham olunduqları cinayətlərdə iştirak forması və iş üzrə müəyyən edilmiş faktlar əsasında çıxarılıb.

Dövlət ittihamçısı apellyasiya şikayətlərinin təmin edilməməsini, Bakı Hərbi Məhkəməsinin ittiham hökmünün isə dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş edib.

Hakim bununla da məhkəmə çıxışlarının başa çatdığını bildirib və müdafiə tərəfi qanunvericiliklə nəzərdə tutulmuş replika hüququndan istifadə edib.

İlk olaraq təqsirləndirilən şəxs Bako Saakyanın müdafiəçisinə replika hüququndan istifadə etmək üçün söz verilib. Vəkil replikasında apellyasiya şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün ləğv olunmasını və Bako Saakyan barəsində bəraətverici hökmün çıxarılmasını məhkəmədən xahiş edib.

Daha sonra replika hüququndan istifadə etmək üçün söz təqsirləndirilən Bako Sahakyana verilib. Bako Sahakyan qeyd edib ki, ona verilmiş replika hüququndan növbəti məhkəmə iclasında istifadə etmək istəyir.

Ardınca təqsirləndirilən Arayik Harutyunyanın müdafiəçisinə replika hüququndan istifadə etmək üçün söz verilib. Müdafiəçi hüquqlarını qoruduğu şəxsin barəsində bəraətverici hökmün çıxarılmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən Arayik Harutyunyan da replika hüququndan istifadə edərək ona qarşı irəli sürülmüş ittihamları qəbul etmədiyini bildirib.

Məhkəmənin növbəti iclası iyulun 31-də keçiriləcək.

Tarix
2026.07.28 / 19:51
Müəllif
Axar.az
Digər xəbərlər

Bunu Əliyev etmişdi: müxalifətə cavab verəcəm - Erməni bloger

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr

Paşinyanın arvadı müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

Tacikistandakı səfirimiz də geri çağırıldı - Yeni təyinat

Prezident Qazaxıstandakı səfirimizi geri çağırdı - Yeni təyinat

Hindistandakı səfirimiz geri çağırıldı - Yeni təyinat

Mirziyayevdən Bakıya xüsusi jest: Cəmi 4 gün sonra... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla