Yuxarı

Göyçayda hektarlarla taxıl sahələri yandı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Göyçayda hektarlarla taxıl sahələri yandı

Göyçay rayonunda geniş ərazini əhatə edən yanğın baş verib.

Axar.az Report-a istinadən xəbər verir ki, yanğın ilkin olaraq rayonun Qaraməryəm kəndi ərazisində başlayıb, daha sonra güclü küləyin təsiri ilə yaxın kəndlər istiqamətində yayılıb.

Alov qısa müddətdə geniş ərazini bürüyərək dağlıq və düzənlik sahələrdə yerləşən hektarlarla örüş, biçilmiş taxıl sahələrini və kolluq əraziləri əhatə edib.

Yanğının yaşayış məntəqələrinə keçməsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görülüb. Belə ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay rayon bölməsinin canlı qüvvəsi və xüsusi texnikası cəlb olunub.

Hazırda yanğının tam söndürülməsi və alovun daha geniş ərazilərə yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Tarix
2026.07.28 / 19:41
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla