Yuxarı

Rusiyada səssiz hakimiyyət dəyişikliyi baş verir - FT

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada səssiz hakimiyyət dəyişikliyi baş verir - FT

Federal Təhlükəsizlik Xidməti (FTX) Rusiyada internet və mobil rabitə xidməti üzərində təsirini artırır.

Axar.az xəbər verir ki, “Faynənşl Tayms” qəzetinin məlumatına görə, qurum şəbəkə məhdudiyyətləri və kəsintiləri ilə bağlı qərarlarda getdikcə daha çox iştirak edir.

Ötən ildən bəri Rusiyanın müxtəlif bölgələrində, böyük şəhərlərdən ucqar ərazilərə qədər mobil internet kəsintiləri qeydə alınıb. Bu kəsintilər qəfil və rəsmi izahat olmadan baş verir və gündəlik xidmətlərə, ödəniş sistemlərinə və rəqəmsal vasitələrə təsir göstərir.

Bu yaz məhdudiyyətlər Moskvaya da çatıb.

Qeyd edilir ki, bu, Kremlin siyasətində kəskin bir dəyişiklikdir. Kreml Ukraynaya hücumundan sonra paytaxtı müharibənin nəticələrindən mümkün qədər qorumağa çalışır.

Nəşr yazır ki, bu, institusional səriştəsizliyin nəticəsi deyil. Mənbələrə görə, kəsintilər Rusiya sistemində səssiz hakimiyyət dəyişikliyinin nəticəsidir, burada Sovet KQB-sinin varisi olan FTX internet çıxışının nə vaxt və kimə veriləcəyini müəyyən etmək səlahiyyəti əldə edib.

Tarix
2026.06.13 / 08:00
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla