Yuxarı

Sabir Rüstəmxanlı: Onun ölüm xəbərini aldım və sarsıldım

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabir Rüstəmxanlı: Onun ölüm xəbərini aldım və sarsıldım

Azərbaycanın xalq şairi, yazıçı-publisist Sabir Rüstəmxanlı dövlət xadimi, diplomat və şair-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı sosial şəbəkə səhifəsində paylaşım edib.

Axar.az xəbər verir ki, S.Rüstəmxanlı mərhum dostu ilə bağlı xatirələrini bölüşüb.

“Bir az öncə ədəbiyyatımızın görkəmli nümayəndəsi, şair, dramaturq, publisist, ictimai-siyasi xadim, əziz dostum Hidayətin (Hidayət Orucov) ölüm xəbərini aldım və sarsıldım. İstanbulda olduğunu bilirdim, amma ölümün görüşünə getdiyini bilmirdim.

Universitetə eyni vaxtda qəbul olunmuş, bir il yataqxanada bir otaqda qalmışdıq. Sonra o, qiyabiyə dəyişilib İrəvana qayıtmış, qəzetdə işləmiş, uzun müddət İrəvan Azərbaycan Teatrının direktoru olmuşdu. İrəvanda ondan ucaboylu adam yox idi. Orada daim Azərbaycanın bir parçası kimi, mərdliklə, çinar qüruruyla yaşadı, yazdı, kitablar nəşr etdirdi, əsərləri tamaşaya qoyuldu. Bakıya köçdükdən sonra da dövlət müstəqilliyimizin bərpası və möhkəmlənməsi yolunda yorulmadan çalışdı; yüksək vəzifələrdə işlədi, fədakar, təmiz, xeyirxah bir insan kimi, millət aşiqi olan bir ziyalı kimi sevildi; diplomat fəaliyyətində Azərbaycan Respublikasını ləyaqətlə təmsil etdi. Amma harada yaşasa da, şeirləri daim darıxırdı - Mehri üçün, Zəngəzur və Qərbi Azərbaycan üçün… Onun əsərləri də, xatirəsi də daim yaşayacaqdır. Ruhu şad olsun…”, - deyə o qeyd edib.

Tarix
2026.06.14 / 01:45
Müəllif
Kult.az
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla