Yuxarı

Razılaşma Netanyahuya zərbə olacaq - Axios

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Razılaşma Netanyahuya zərbə olacaq - Axios

İsrail rəsmiləri ABŞ-İran sazişinin mümkün yekunlaşdırılmasına son dərəcə şübhə ilə yanaşırlar. Çünki onun imzalanması İsrailin Baş naziri Benyamin Netanyahuya zərbə ola bilər.

Axar.az xəbər verir ki, bu barədə “Axios” mənbələrinə istinadən məlumat yayıb.

Portal mənbəyə istinadən bildirib ki, Bibi (Netanyahu) razılaşmanın baş tutacağını və onun qarşısını ala bilməyəcəyini başa düşüb.

Portalın məlumatına görə, Netanyahunun rəqibləri onu ABŞ Prezidenti Donald Trampın İranla münaqişəyə son qoymaq üçün qoyduğu şərtlərə razılaşması səbəbindən ölkəni "vassal dövlətə" çevirməkdə ittiham edirlər. Nəticədə Netanyahunun bəyan etdiyi məqsədlərə çatmadan saziş imzalamaq ona ciddi strateji və siyasi zərbə olardı.

Bildirilib ki, İsrail rəsmiləri ABŞ Prezidenti Donald Trampı açıq şəkildə tənqid etməkdən yayınmağa çalışırlar, lakin qarşıdan gələn razılaşmaya, o cümlədən İsrailin Livandakı hərəkətlərini məhdudlaşdıracağı ilə bağlı məsələlərə şübhə ilə yanaşırlar.

Qeyd edilib ki, amerikalılar Yaxın Şərqdəki həmkarlarını sakitləşdirməyə çalışırlar və ümid edirlər ki, razılaşmanın tam şərtlərini öyrəndikdən sonra fikirlərini dəyişəcəklər.

Tarix
2026.06.13 / 21:39
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla