Yuxarı

Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA

Fransanın gündəlik həyatı üçün xarakterik olan bir kriminal hadisə ilə bağlı bu ölkənin bəzi mətbuat orqanları birtərəfli, yönləndirici, ictimai rəyi çaşdıran və Azərbaycanın beynəlxalq imicini korlamağı hədəfləyən materiallar paylaşmaqdadırlar.

Axar.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) açıqlamasında qeyd olunub.

MEDİA bəyan edir ki, adi kriminal hadisəyə dair məhkəmədən əvvəl və sonra klassik manipulyasiyaya əl atılması və məhkəmə prosesi ətrafında teatral effektlərlə ajiotaj yaradılması, baş verənlərin siyasi sifariş kontekstində idarə olunduğunu aydın nümayiş etdirir.

"Fransanın bəzi media qurumlarının kriminal hadisəni qərəzli formada siyasiləşdirməyə və Azərbaycan dövlətinin bəzi rəsmi şəxslərinin adlarının hallandırılmasına yönəlmiş uğursuz cəhdləri ölkəmizə qarşı aparılan sistemli qarayaxma kampaniyasının tərkib hissəsidir. Azərbaycana münasibətdə “qara piar” kampaniyası üzrə ixtisaslaşmış və Fransada dövlət dairələrinə yaxınlığı ilə seçilən “Revue21”, “TV5 Monde”, “Le Figaro”, “Le Monde” kimi media subyektlərinin mövzuya xüsusi "həssaslıq" nümayiş etdirməsinin arxasında ölkəmizin beynəlxalq nüfuzundan qorxuya düşən dairələrin məkrli ambisiyalarının dayandığı şübhəsizdir" - məlumatda bildirilir.

Agentlik hesab edir ki, adıçəkilən media qurumları jurnalistikanın hamı tərəfindən qəbul edilən beynəlxalq etik dəyərlərini bilərəkdən və kobudcasına pozmaqla, sifarişli siyasi kampaniyanın aləti olduqlarını bir daha təsdiqləmiş olurlar:

"Cinayət fərdi məsuliyyət doğuran əməl olduğu halda, özünü demokratik adlandıran bir dövlətin cinayətkarın hərəkətindən daha çox onun milli mənsubiyyətini qabartması hüququn aliliyindən deyil, stereotiplərin və ayrı-seçkiliyin təşviqindən xəbər verir. Manipulyasiya edilmiş məlumatları əsas götürərək Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı başladığı qarayaxma kampaniyasını hədəfli propaqanda elementi kimi dəyərləndirir, media peşəkarlığı prinsipləri ilə bir araya sığmayan bu kimi halları qəti şəkildə pisləyirik".

Tarix
2026.06.12 / 22:50
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

Azərbaycanla sıx əlaqələrimiz var - Kobaxidze

Araz Ağalarov dövlət şirkətini məhkəməyə verdi

İlham Əliyev Sisini təbrik etdi

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla