Yuxarı

Şimali Kiprin baş naziri Azərbaycanı təbrik etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şimali Kiprin baş naziri Azərbaycanı təbrik etdi

15 İyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycana ən səmimi təbriklərimi çatdırıram.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) baş naziri Ünal Üstel Bakıda media nümayəndələrinə açıqlamasında deyib.

"15 İyun sadəcə bir tarix deyil, Azərbaycanın birlik və həmrəyliyinin yenidən gücləndiyi gündür. Mərhum prezident Heydər Əliyevin ortaya qoyduğu dövlətçilik baxışı bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da güclənib, Azərbaycanı regionda və Türk dünyasında söz sahibi olan bir ölkəyə çevirib. Bu gün güclü Azərbaycan təkcə Azərbaycan xalqının deyil, bütün Türk dünyasının qürur mənbəyidir.

Şimali Kipr Türk Cümhuriyyəti olaraq Azərbaycanın sevincini öz sevincimiz, uğurunu öz uğurumuz hesab edirik.

Çünki Azərbaycanın gücü Türk dünyasının gücüdür. Azərbaycanın uğuru Türk dünyasının uğurudur. Azərbaycanın yüksəlişi qardaş xalqların yüksəlişidir.

Bu münasibətlə qardaş Azərbaycan xalqının Milli Qurtuluş Gününü ürəkdən təbrik edir, birlik və bərabərliyinin daim olmasını arzulayıram", - deyə Baş nazir bildirib.

Tarix
2026.06.13 / 14:32
Müəllif
Axar.az
Digər xəbərlər

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla