Yuxarı

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verdi

Naxçıvan Muxtar Respublikasında ot tayasına ildırım düşməsi nəticəsində yanğın baş verib.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, hadisə Babək rayonunun Nəzərabad kəndində qeydə alınıb. İldırım fərdi yaşayış evinin həyətindəki ot tayasına düşüb.

Bu barədə məlumat daxil olan kimi əraziyə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə hissəsi cəlb edilib. Operativ müdaxilə nəticəsində yanğın ətraf ərazilərə yayılmadan söndürülüb.

Hadisə ilə əlaqədar təhlükəsizlik məqsədilə elektrik və rabitə xidmətlərində qısamüddətli fasilə yaranıb. Hazırda həmin xidmətlərin fəaliyyəti bərpa olunub.

Tarix
2026.06.14 / 00:48
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla