Yuxarı

Sərkisyan amerikalı muzdluları Qarabağa gətirir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikada yaşayan erməni muzdlular döyüşmək üçün Qarabağa gəlir.

Publika.az xəbər verir ki, bu fakt "İntellinews" saytının Azərbaycanın işğal olunmuş ərazilərindən hazırladığı reportajda ortaya çıxıb.

Reportajda bildirilir ki, aprel döyüşlərindən sonra xaricdən bir çox erməni bölgəyə gəlib:

"Məsələn, Arutun Aqasarkiyan erməni mənşəli ABŞ vətəndaşıdır. O, Corciya ştatında yaşayır".

Məqalədə vurğulanır ki, Qarabağa gələnlər arasında Amerika erməni legionunun (American Armenian Legion) üzvləri də var.

Qeyd edək ki, bir müddət öncə Türkiyə mediası ABŞ-dakı erməni legionu haqda informasiyalar yaymışdı. "Sabah" qəzeti Türkiyə kəşfiyyatındakı mənbəyə istinadən xəbər verirdi ki, MİT erməni legionunun təlimlərini əks etdirən fotogörüntülər əldə edib. Onlar Kaliforniya (bu ştat ABŞ-da ermənilərin ən çox yaşadığı yerdir) yaxınlığında yaradılan xüsusi düşərgədə təlim keçirlər.

Bir müddət öncə Rusiyanın "oxitmity" saytının erməni yazarı Vaqram Aqajanyanın qələmə aldığı məqalədə də erməni legionuna dair məlumatlar var idi.

"ABŞ-dakı ermənilərdən təşkil olunan Amerika erməni legionu müxtəlif növ silah növündən atəş açmaq və döyüş sənətinin incəliklərini öyrənmək üçün təlim keçir. Amerika erməni legionunda beş nəfərdən ibarət olan bir neçə qrup var. Onlar ABŞ ordusunun dəniz piyada qoşununun keçmiş zabitlərinin rəhbərliyi altında məxfi hazırlıq keçirlər. Erməni legionunda bir neçə min döyüşçü cəmləşib", - deyə xəbərdə qeyd olunurdu. (http://publika.az/p/120120). Bu legionda təmsil olunanlar əsas muzdlu əsgərlərdir.

Tarix
2016.05.24 / 14:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

Azərbaycanda qurulan türk hərbi şirkəti... - General

Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir

Moskvaya gedib, Lavrovla çay içəcəm - Məmmədyarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla