Yuxarı

Trofimçuk: “Əliyev Vyanada ruslara ciddi mesaj verdi”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlham Əliyev və Serj Sərkisyanın iyun görüşü ola da, olmaya da bilər.

Axar.az xəbər verir ki, bunu "Moskva-Baku" portalına açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib. Onun sözlərinə görə, bu görüşə hər kəsdən öncə Azərbaycan hazırlaşır:

"Ermənistan iyun görüşündə heç nə həll etmək istəmir. Bu istək aprel hadisələrindən sonra daha da aktivləşib. Əgər birdən Serj Sərkisyan təzyiqlə və ya heç bir təzyiqsiz nəsə etsə, böyük problemlərlə qarşılaşacaq. Həmin dəqiqə Sərkisyanı torpaqları verməkdə günahlandıran müxalifət baş qaldıracaq. Artıq Vyanada bir sıra məsələlər razılaşdırılmalı idi. İstənilən halda iyun görüşü formal olacaq. Yəni ən yaxşı halda görüş baş tutacaq. Nəticədə danışıqların bütün regional iştirakçıları – Azərbaycan, Ermənistan və Rusiya üçün çətin situasiya yaranacaq. Əslində, kiminsə Azərbaycana torpaq qaytarmağa hazırlaşmasına inanmaq sadəlövhlük olardı. Amma hər şeyə rəğmən, Azərbaycan Vyanada ciddi addım atdı. O, ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerrinin yanında Rusiyaya mesaj verdi ki, əgər nəsə olsa, kömək üçün Amerikaya müraciət edəcək".

Politoloq bildirib ki, ABŞ-ın yardımı real olmayacaq:

"Dövlət Departamenti köməyə söz verər, amma sonra Bakıya "kömək görüntüsü" nümayiş etdirər... Yəni bu, sadəcə, imitasiya olacaq. Əgər İrəvan Vaşinqtonun xeyrinə addım atmasa, o zaman Sərkisyana Ermənistan daxilindən müxalifət vasitəsilə təzyiq ediləcək. Amerika heç vaxt hansısa torpağı geri qaytarmağa yardım etmir. Burada yeganə istisna Şərqi Almaniyadır".

Tarix
2016.05.25 / 09:18
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla