Yuxarı

Ərdoğandan Bundestaq qərarına münasibət

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğandan Bundestaq qərarına münasibət

Ölkəyə döndükdən sonra bu məsələni müzakirə edib, lazımi qərarı verəcəyik.

Report xəbər verir ki, bunu Keniyada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi mətbuat konfransında 1915-ci ildə Osmanlı dövlətində baş vermiş hadisə ilə bağlı qəbul etdiyi qətnamə haqda jurnalistin sualını cavablayarkən deyib.

"Almaniyadakı səfirimizi Türkiyəyə çağırdıq. Almaniya parlamentinin qəbul etdiyi qətnamə iki ölkənin əlaqələrinə mənfi təsir göstərəcək qərardır", - Türkiyə prezidenti vurğulayıb.

Baş nazirin müavini Numan Qurtulmuş Tvitter səhifəsində Bundestaqın 1915-ci ildə Osmanlı dövlətində baş vermiş hadisə ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən yazıb: "Almaniya Bundestaqının təhrif edilmiş və əsassız iddiaları "soyqırımı" olaraq qəbul etməsi və layihəyə səs verməsi tarixi bir xətadır. Almaniya parlamentinin bu qətnaməsi Türkiyə-Almaniya dostluq əlaqələrinə yaraşan qərar deyil. Türkiyə üçün bu qərar bir heçdir. Bu məsələ siyasətçilərin və ya parlamentlərin deyil, elm adamlarının, tarixçilərin müzakirə edəcəyi bir məsələdir. Türkiyə bu qərara bütün sahələr üzrə lazımi cavabı verəcək".

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Tvitter səhifəsində qətnaməyə belə münasibət bildirib:

"Öz tarixlərindəki qaranlıq səhifələri ört-basdır etmək üçün Bundestaq məsuliyyətsiz və əsassız qərar qəbul edərək, başqa ölkələrin tarixini qaralayır".

Tarix
2016.06.02 / 16:33
Müəllif
Axar.az
Digər xəbərlər

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla