Yuxarı

İlyas İsmayılovdan sonra sədrliyə onlar namizəddir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlyas İsmayılovdan sonra sədrliyə onlar namizəddir

Ədalət Partiyasının Siyasi Şurasının son iclasında partiyanın IX qurultayının keçirilməsi ilə bağlı prosedurlara start verilib.

Axar.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Ədalət Partiyanın sədr müavini Mütəllim Rəhimli deyib.

M.Rəhimli partiya sədrliyinə namizədliyini irəli sürəcəyini açıqlayıb.

“Partiyanın qurultayında namizədliyimi irəli sürməyimlə bağlı qərar vermişəm və platformam hazırdır. Eyni zamanda sədrliyə iddialı digər şəxslər də var. İlyas bəyin vəsiyyəti o idi ki, Ədalət Partiyasının yaranmasında xidmətləri olmuş üç nəfər ondan sonra təşkilata sədrlik edə bilər. O, rəhmətlik oğlu Etimad İsmayılov, Elxan Şükürlü və mənim adımı qeyd edirdi. Təbii ki, bunun da qurultayla mümkünlüyünü vurğulayırdı”.

Qeyd edək ki, Ədalət Partiyasının iclası aprelin 19-da onlayn formatda keçiriləcək.

Xatırladaq ki, Ədalət Partiyasının sədri, keçmiş baş prokuror İlyas İsmayılov 87 yaşında vəfat edib.

Tarix
2025.04.14 / 13:34
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Mirzoyan azərbaycanlılara çağırış etdi: Bizə dəstək olun!

Burdayam, hazırlıq gedir... - Gültəkin Hacıbəyli

Güneydən 183 yazarın Bakıya etirazı - O, təmsilçimiz ola bilməz!

Azərbaycanlı aparıcı ermənini efirdə susdurdu - Video

Əliyənnağı Hüseynov Təbrizdən geri çağırıldı

“Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir

Kamran Əliyev ABŞ-da

Ohanyanın ölkədən çıxışına qoyulan qadağa ləğv edildi

Prezidentin geri çağırdığı səfirə yeni vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla