Yuxarı

SOCAR şefi Avro-2016 reklamından danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

AFFA prezidenti Rövnəq Abdullayev İcraiyyə Komitəsinin bu gün keçirilən iclasından sonra müzakirə olunan məsələlərlə bağlı müsahibə verib.

Axar.az xəbər verir ki, qurum rəhbəri 2017/2018 mövsümüdə bölgə və I divizion klublarına maliyyə dəstəyi veriləcəyini deyib:

"Bilirsiz ki, şirkətlərin maliyyə durumu zəifləyib. Bu da Azərbaycanın əsas gəlir mənbəyi olan neftin qiymətinin aşağı düşməsi ilə əlaqədardır. Neftin qiyməti aşağı düşdü və bu da şirkətlərə təsirini göstərdi. Buna görə də klublara güzəştlər etməyə qərar verdik. I divizionda klublara maliyyə dəstəyi ayrı cür ediləcək. Klublara dəstək proqramı hazırlanacaq və bunu proqram şəklində həyata keçirəcəyik. Açıq deyəcəyəm, tutaq ki, Tovuz və Şəmkir klublarına neçə ildir dəstək olunsa da, son illərdə orda bir futbolçu yetişməyib. Bu olmasın deyə, klublara maliyyə dəstəyi proqramlaşdırılacaq. Hərəsinin qarşısına meyarlar qoyulacaq ki, ictimai birliklər rayonlarda öz klublarını düzəltsinlər və onlara maliyyə dəstəyi olsun. Klublara göstərdikləri nəticəyə və oyunçu yetişdirməsinə əsasən, maliyyə dəstəyi ayrılacaq. Klublar ictimailəşməli, bir iş adamından asılı olmamalıdır. Bu yöndə işlər artıq aparılır. "Neftçi" və "Kəpəz" komandaları artıq ictimai təşkilatdır. İctimailəşmiş klublar daha keyfiyyətli olacaqlar. Belə olanda klubun təmsil etdiyi şəhər, rayon onu sevir. Hətta Almaniyada da klublar ictimailəşib. Məgər Almaniyada futbol zəifdir? Regionlarda ictimailəşmiş klublar AFFA tərəfindən idarə olunmayacaq".

Apasport-un məlumatına görə, R.Abdullayev Fransada keçirilən Avropa Çempionatında SOCAR-ın reklamının yerləşdirilməsinə də münasibət bildirib:

"Avropa Çempionatında SOCAR-ın reklamının olunması böyük şeydir. Bu, kommersiya məqsədlidi və uğurlu olacaq. Bunu böyük çətinlik hesabına rəqabətdən qalib ayrılaraq etmişik. SOCAR-ın, Azərbaycanın adının orda yazılması böyük uğurdur".

Tarix
2016.06.13 / 13:09
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla