Yuxarı

Məhkəmə zalından azad edilən polkovnik kimdir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə zalından azadlığa buraxıldığı deyilən zabitin Müdafiə Nazirliyi ilə heç bir əlaqəsi yoxdur.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS-ə verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində guya nazirliyin həbs edilən zabitinin məhkəmə zalından azadlığa buraxılması barədə məlumatlar yayılıb.

Qurum açıqlamasında rəsmi olaraq bildirib ki, qeyd olunan faktın və şəxsin Müdafiə Nazirliyinin strukturuna heç bir aidiyyəti yoxdur.

Söhbət Hərbi Prokurorluq tərəfindən əsgər ölümü ilə bağlı ittiham olunaraq həbs edilən zabitdən gedir. İddiaya görə, Müdafiə Nazirliyinin zabiti məhkəmə zalından azadlığa buraxılıb. Bu barədə onun vəkili Adəm Məmmədov məlumat verib.

Vəkil bildirib ki, polkovnik Ə.B. barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə polkovnik barəsində seçilən həbs qətimkan tədbiri ləğv edilib və o, azadlığa buraxılıb.

Tarix
2016.06.14 / 11:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla