Yuxarı

"Azərbaycan hökuməti bütün addımları atır"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müstəqillik illərinin ilk vaxtlarında Azərbaycan xalqının hüquq və azadlıqları pozulub. Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilərkən insanların hüquq və azadlıqları pozulub. Bir milyona yaxın insan yurd-yuvalarından çıxarılıb. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar buna qiymət vermir.

Report-un xəbərinə görə, bunu Milli Məclisdə keçirilən "18 iyun - Azərbaycan Respublikasında İnsan hüquqları günü" ilə əlaqədar dinləmələrdə Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

O bildirib ki, Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra təmin edilən ictimai-siyasi sabitlik demokratik və hüquqi dövlət quruculuğunun başlanmasına şərait yaratdı: "Xaos və anarxiyanın, vətəndaş cəmiyyəti müharibəsinin aradan qaldırılması ölkənin inkişafına təkan verdi".

Ə.Həsənov qeyd edib ki, Azərbaycanda jurnalistlərin fəaliyyəti üçün münbit şərait var:

"İndi media orqanı təsis etmək çox asandır. Media orqanı yaratmaq istəyən şəxs Ədliyyə Nazirliyinə müraciət edir və 7 gün müddətinə ona cavab verilir. Azərbaycanda sosial şəbəkələrdən də istifadə genişlənib. Ölkə əhalisinin 75 faizi gündəlik internet istifadəçisidir. Ölkədə 1 milyon 200 min nəfər Feysbuk sosial şəbəkəsindən istifadə edir. Bütün bunlar Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsinin göstəricisidir".

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycanda şəhər və rayon icra hakimiyyətləri sərbəst toplaşma azadlığını təmin etmək üçün mitinqlərin keçirilməsi üçün əlverişli qapalı və açıq yerlər ayırır: "Azərbaycanda 55 siyasi partiya, 3 mindən çox qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınıb. Azərbaycan hökuməti qeyri-hökumət təşkilatlarının sərbəst fəaliyyəti üçün bütün addımları atır, onların maliyyələşməsini həyata keçirir".

Tarix
2016.06.16 / 12:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla