Yuxarı

Əli Həsənov: “İşbazlar QHT adı ilə...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsan hüquqları həddi olan, hüdudu olmayan bir anlamdır, prosesdir. Bu məsələyə digər rakursdan baxsaq, istehlakçıların hüquqlarının qorunması ilə bağlı dövlətin üzərinə mühüm vəzifələr düşür.

Report-un xəbərinə görə, bunu Milli Məclisdə keçirilən "18 iyun Azərbaycan Respublikasında İnsan hüquqları günü" ilə əlaqədar dinləmələrdə Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

O bildirib ki, istehlakçıların hüquqlarını müdafiə edən instansiyadan baxdıqda onların da insan hüquqları ilə bağlı öz baxışları var:

"Onların da hüquqları qorunmalıdır. Təssəvür edin ki, heç kim tərəfindən tanınmayan adam böyük bir klinikaya girərək bildirir ki, mən buranı bağlayıram, çünki buranı yoxlayacam. İddia etmirəm ki, Azərbaycanda bu sahə ilə məşğul olan təşkilat və qurumlar bu vəziyyətdədir. Bilirik ki, belələri də var. O rakursdan baxanda istehsalçıların da hüquqlarının müdafiəsinə ehtiyac var. Bu yaxınlarda Azərbaycan Prezidenti sahibkarlıq subyektlərində 2 illik yoxlamaların aparılmasını qadağan etdi. Bundan istifadə edən işbazlar hərə bir QHT adı ilə müəssisələrə gedib yanğın təhlükəsizliyindən tutmuş, istehlakçıların hüquqlarının müdafiəsinə qədər yoxlamalar aparmağa cəhd edirlər. QHT-lərin, medianın fəaliyyəti şəffaflıq tələb edir. Bu yaxınlarda nazirlərdən biri açıq-aşkar zəng edib deyir ki, filan qəzet məni təhdid edir. Açıq formada böhtan yazır. Deyirəm ki, məhkəməyə müraciət edin. O da qeyd edir ki, işimi buraxıb məhkəməyə gedim? Həmin "reket" jurnalistin üzərində 15 məhkəmə qərarı var. Bu anlamda insan hüquqları sözün həqiqi mənasında ictimai davranış normasının dolğunluğundan, təkmilliyindən asılıdır. İctimai davranış normaları hamımızın qanun səviyyəsinə çıxardığımız, o cümlədən normal sayılan davranış qaydalarıdır. Jurnalistin, millət vəkilinin və digərlərinin davranış qaydaları var. Biz icra orqanları maksimum şəkildə çalışırıq ki, həm qanunlarda təsbit olunmuş, həm də təsbit olunmamış vətəndaşlardan gələn fikirləri ümumiləşdirib cəmiyyətin dolğun idarəçilik ilə bağlı məsələləri həll edək".

Ə.Həsənov qeyd edib ki, məhkəmə hakimiyyəti müvafiq olaraq vətəndaşları məhkəməyə azad müraciət etmək hüququnu dolğun təmin etməlidir:

"KİV-lərin öz hüquqları var. Biz hər şeyi görmürük, lakin görməyə çalışırıq. Müvafiq olaraq dövlət strukturları və cəmiyyətdə daxil olan siqnalları yoxlayıb ümumiləşdiririk. Cəmiyyətin ümumiləşmiş ehtiyaclarını təmin etmək üçün təşəbbüslər irəli sürürük. Əsas odur ki, hakimiyyətin iradəsi ortadadır".

Tarix
2016.06.16 / 14:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla